Əhməd Qəşəmoğlu:“Məmurların bu hərəkətdən örnək götürməsini istəyiriksə, əvvəlcə gərək xalqını sevən, həqiqi məmur seçək”
“Metro City” ticarət mərkəzində yanğın olub. Yanğın zamanı obyekt sahiblərindən biri dükanının ön hissəsində yerləşən Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun şəkli olan plakatın yanmasına imakan verməyib.
Mağzadakı malların yanmasına göz yumaraq öncə Şəhid generalınm plakataını yanğından xilas edib. Həmin anın görüntüləri sosial şəbəkələrdə yayılıb və bu hal sosial platformada, eləcə də ictimaiyyətdə böyük maraqla qarşılanıb və nümunəvi hal kimi yüksək qiymətləndirilib.
Videonu təqdim edirik:
Mövzunu "Sherg.az"a dəyərləndirən sosioloq Əhməd Qəşəmoğlu atılan addımın insanların şəhidə hörmət bəslədiyinin nümunə olduğunu bildirib. Onun sözlərinə görə, məmurların bu hərəkətdən örnək götürməsini istəyiriksə, əvvəlcə gərək xalqını sevən, həqiqi məmur seçək:
"Ordan-burdan pul yığan, rüşvət alıb-verən , şəxsi mənafeyi üçün çalışan məmurların mənəvi dəyərlərə münasibətləri arzuolunan deyil. Həmin məmurları bir örnəklə tərbiyə edə bilməyəcəyik, insanın davranışı mahiyyətindən çox aslıdır. Əgər insanlar maddiyyata önəm verirlərsə, kiminsə söhbəti ona təsir etməyəcək. Güman etmək olar ki, "mallar orda qalıb, şəkli götürüb çıxır" deyib gülənlər də var".