Feysbukun adı dəyişdirilir? - Açıqlandı 

"Facebook" gələn həftə şirkətin adını dəyişdirməyi planlaşdırır.
"Sherg.az" "Cnnturk.com"a istinadən bildirir ki, Mark Zukerberq 28 oktyabrda şirkətin illik konfransında ad dəyişikliyini qeyd etməyi planlaşdırır. Lakin bunun daha tez açıqlana biləcəyi də bildirilir.
Məlumata görə, Feysbuk sosial media tətbiqetməsinin adı qorunacaq, ancaq "İnstagram", "WhatsApp", "Messenger"ə ev sahibliyi edən "Facebook" ana şirkətə köçürüləcək. Bununla şirkətin son qalmaqallarının qarşısının alınması planlaşdırılır.