Ermənistan və Fələstin arasında sənəd imzalandı

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fələstinin baş naziri Məhəmməd Mustafa ilə görüşüb.

Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Məlumata görə, tərəflər arasında diplomatik əlaqələrin qurulmasına dair birgə kommünike imzalanıb.