Nəsrullahın ölümünə cavab tədbirləri hazırlayırıq - Pezeşkian

İran Hizbullah lideri Şeyx Həsən Nəsrullahın ölümünə cavab tədbirləri hazırlayır.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

O, baş verən hadisəni hərbi cinayət kimi dəyərləndirib.

Pezeşkian bildirib ki, rəsmi Tehran daim həm Livan xalqının, həm də “Müqavimət hərəkatı”nın yanındadır.