Pezeşkian: “Hizbullah” liderini öldürmək əmri ABŞ-dən verilib

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahı öldürmək əmri ABŞ-dan verilib və Vaşinqton bunun məsuliyyətindən qaça bilməyəcək.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısı İslam Respublikasının dövlət televizisiyasının efirində söyləyib.
"Dünya unutmamalıdır ki, əmr ABŞ-dan verilib. Amerikalılar heç vaxt məsuliyyətdən qaça bilməyəcəklər", – o vurğulayıb.
Xatırladaq ki, daha əvvəl İsrail Müdafiə Ordusu Nəsrullahın ölümü ilə bağlı məlumatyayıb. Daha sonra təşkilat, lideri Həsən Nəsrullahın ölümünü təsdiqləyib.