Ermənistandakı revanşizm meyilləri bizi ayıq-sayıq, diqqətli olmağa vadar edir
"Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında nitqi mühüm mətləblərə işıq saçır". Bunu siyasi şərhçi Azər Niftiyev deyib. Analitik bildirib ki, dövlətimizin hərbi qüdrətinin daha da artırılması, Ermənistanda revanşist qüvvələrin yenidən baş qaldırması, ölkəmizə qarşı məkrli ssenarilərin hazırlanması, ideoloji baxımdan təhlükəsizlik konsepsiyasının formalaşdırılması və digər mühüm prioritet istiqamətlər elan edildi:
"Daha bir diqqətçəkən məqam LGBT, "No War" və s. kimi dünyanı ağuşuna alan meyillərin Azərbaycan cəmiyyətinə sirayət etməsinin qətiyyətlə qarşısının alınması ilə bağlıdır. Bu ziyanlı tendensiya cəmiyyətdə oturuşmuş mənəvi dəyərlərin məhvinə və ələlxüsus, gənclər arasında vətənpərvərlik hissinin aşınmasına yönəlib. Beynəlxalq münasibətlər sistemindəki qarşıdurma, yeni münaqişə və müharibə ocaqlarının yaranması və ətrafımızda gərginliyin artması, Ermənistandakı revanşizm meyilləri bizi ayıq-sayıq, diqqətli olmağa vadar edir. Heç şübhəsiz, tarixi qələbəmizi həzm edə bilməyən revanşistlər və xarici havadarları hər vəchlə ölkəmizi ləkələməyə, beynəlxalq reputasiya və mövqeyini zədələməyə çalışırlar. Prezident proqram xarakterli nitqində hazırkı dövrə kimi əldə edilmiş nəticələri təhlil edərək gələcəkdə görüləcək addımlar üçün yol xəritəsi müəyyən etdi və bu, qarşıdakı Zəfərlərimizin addım səsləridir".