İranın Ali Rəhbəri Hizbullah liderinin ölüm xəbərinə reaksiya verdi

İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei Livanın "Hizbullah" hərəkatının baş katibi Həsən Nəsrullahın ölüm xəbərindən sonra İsrailə qarşı sərt bəyanatla çıxış edib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə charter97.org xəbər yayıb.

Bildirilir ki, o, müraciətində "sionist cinayətkarların" Livandakı "Hizbullah"a əhəmiyyətli zərər vurmaq üçün çox kiçik olduğunu deyib.

"Regiondakı bütün müqavimət qüvvələri "Hizbullah"ı dəstəkləyir. Regionun taleyini müqavimət qüvvələri müəyyən edəcək", - deyə o vurğulayıb.