Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir

Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissə və bölmələrində taktiki-xüsusi təlim davam edir.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Xüsusi təyinatlıların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə praktiki vərdişlərin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər icra olunur.