Milli Olimpiya Komitəsinin Atletlər Komissiyası idmana həvəsi olan qazi və şəhid övladlarını idmana cəlb etmək məqsədilə “Qəhrəmanların varisləri” adlı layihəyə start verib. Bu münasibətlə “Sərhədçi” İdman Olimpiya Mərkəzində tədbir təşkil olunub.
Tədbirdə “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini, İdman bölməsinin rəisi, DSX-nın polkovnik-leytenantı, şöhrət ordenli əməkdar məşqçi Firdovsi Umudov şəhid varisələri önündə təsirli çıxış edib.
"Sherg.az" xəbər verir ki, bu barədə bölmə rəisi özünün Feysbuk hesabında məlumat verib. O qeyd edib:
"Bəzi Şəhidlərimizlə o ali məqama ucalmazdan əvvəl əlaqələrimizin olduğunu nəzərə alsaq, Şəhid övladları, varisləri qarşısında, onların gözlərinin içinə baxaraq danışmaq təsirli olmaqla yanaşı, həm də qürurvericidir. Allah Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə can sağlığı versin. Yaşasın müstəqil Azərbaycanımız və suverenliyimizin qarantı olan müzəffər Ali Baş Komandanımız. Hər zaman müsəlləh əsgər olaraq ölkə, dövlət və millətimizin xidmətindəyik.
Zəfərin mübarək, Azərbaycan!".
F.Umudovun çıxışını aşağıdakı videodan izləyə bilərsiniz: