Azərbaycanda məsuliyyətə cəlb edilən bələdiyyə sədri işdən çıxarılıb

Cəlilabad şəhər bələdiyyəsinin sədri vəzifəsindən azad olunub.
"Report"un Muğan bürosunun məlumatına görə, sədr İlham Babayev tutduğu vəzifəsindən azad edilib.
Bələdiyyə sədrinin səlahiyyətləri müvəqqəti olaraq birinci müavini Mədhiyyə Abasova həvalə olunub.