Azərbaycanda parkdan oturacaq oğurlandı

Gəncədə parkdan oturacaq oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən noyabrın 22-də şəhərin Gülüstan qəsəbəsində yerləşən parkdan 400 manat dəyərində bir ədəd oturacaq oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri N.Mustafayev və X.Əliyev saxlanılıblar.