Şəhidin xatirəsi anıldı: "Biz İlqarıq" - FOTOLAR

Bakı şəhəri, Nizami rayonu Namiq Həmzəyev adına 238 saylı tam orta məktəbdə şəhid İlqar Vüqar oğlu Hümbətovun xatirəsinə həsr olunan  "Biz İlqarıq" adlı tədbir keçirilib.

"Sherg.az" xəbər verir ki, tədbirdə  müəllim  kollektivi, məktəbin şagirdləri eləcə də, II Qarabağ müharibəsi iştirakçıları, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Şəhid Ailələri" İctimai Birliyinin Nizami filialının sədri Məhi Mehdiyev, onun müavini Qəhrəman Qasımov, həmçinin şəhidin ailə üzvləri iştirak ediblər.

Mərasim  Azərbaycan Respiblikasının Dövlət Himninin səsləndirilməsilə başlanıb, daha sonra şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Məktəbin "3 D " sinfi vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, maraqlı sənhəciklərlə çıxış ediblər.

Qeyd edək ki, sözügedən məktəbdə "Unutmarıq, unutdurmarıq" silsiləsi altında tədbirlər davam edir. Bu tədbirlər əsasında hər sinifə bir şəhidin adı verilir.