Hərbçilərimizlə təntənəli vida mərasimi təşkil olunacaq - CANLI + YENİLƏNİB + FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olanların nəşləri vida mərasiminin keçirilməsi üçün DSX-nin Olimpiya Kompleksinə aparılır. 
Oxu.Az-ın xəbərinə görə Olimpiya Kompleksində təntənəli vida mərasimi keçiriləcək.
Daha sonra şəhidlər dəfn ediləcək.

10:16

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin qəzaya uğrayan helikopterində şəhid olan 14 nəfərin nəşi ailələrinə təhvil verilir.

Oxu.Az xəbər verir ki, şəhidlərlə vida mərasimi keçiriləcək.