Qəzada ölən keçmiş polis deputatın qohumu imiş

Dünən Hacıqabulda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detal açıqlanıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, qəza zamanı vəfat etmiş Şəhriyar Cəfərov Milli Məclisin deputatı İltizam Yusifovun bacısı oğludur.

Xatırladaq ki, hadisə ötən gün saat 20 radələrində Hacıqabul rayonunda baş verib.

Bildirilib ki, rayon sakini Alik Əzizov rayon ərazisində idarə etdiyi VAZ-2107 markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən Şirvan şəhər sakini, piyada Şəhriyar Cəfərovu vurub. Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilən Ş.Cəfərovun həkimlərin müdaxiləsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. 

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Ş.Cəfərov iki il əvvələ qədər daxili işlər orqanlarında xidmət edib.