QHT -lərə yaşıl işıq  - Məhdudiyyətlər aradan qalxdı

"QHT -lərə Dövlət Dəstəyi Agentliyinin QHT -lərin qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi ilə əlaqədar məhdudiyyətlər aradan qalxdı".

"Sherg.az" xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli deyib.

Prezidentin 2 dekabr 2021-ci il Fərmanını şərh edən Zaur İbrahimli bildirib ki, dövlət başçısının bu qərarı QHT -lər üçün böyük töhfə olaraq, sektora böyük dəstək verəcək: 

"Bu qərar həmçinin ölkə rəhbərliyinin QHT -lərin üzləşdikləri çətinliklərə həssas münasibətini də nümayiş etirdi. Agentliyin elan etdiyi 2021-ci il üçün "Kiçik qrantlar müsabiqəsi" QHT-lərə Azərbaycanın qələbə çaldığı 44 günlük Vətən müharibəsindən sonra həyata keçirilən erməni işğalının nəticələrinin aradan qaldırılması işlərində önəmli fəaliyyət icra etməyə imkan verəcək. Həmçinin, şəhidlər, onların ailələri, qazi və veteranlar, Azərbaycanın milli maraqları ilə əlaqədar məsələlərlə bağlı təşəbbüslərin həyata keçirilməsi, cəmiyyəti narahat edən  problemlərin həlli  istiqamətində müsbət dəyişikliklərə nail olunmasında QHT-lərin öz potensiallarını reallaşdımağa imkanlar verəcək".