Azərbaycan Mərkəzi Bankı (AMB) cari əməliyyatlar balansının (CƏB) profisiti ilə bağlı proqnozunu dəyişməyib.
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı CƏB-in profisiti ilə bağlı bu ilin iyul ayında verdiyi proqnoz 6-7 miyard dollar təşkil edib və bu proqnoza hər hansı dəyişiklik edilməyib.