Paşinyan: 44 günlük müharibədən sonra xeyli sayda silah-sursat yoxa çıxıb

Qarabağda 44 günlük müharibədən sonra ordunun arsenalından xeyli sayda silah-sursat müəmmalı şəkildə yoxa çıxıb.
APA-nın “News Armenia”ya istinadən məlumatına görə, bunu hökumətin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, bu məsələ dəfələrlə Təhlükəsizlik Şurasının iclasında qaldırılıb.
Paşinyan əlavə edib ki, istifadə olunan üsul müasir çağırışlara cavab vermədiyi üçün ölkənin daxili işlər nazirinə həmin silahların tapılması metodikasını dəyişməklə bağlı göstəriş verib.
Baş prokuror Anna Vardapetyan isə rəhbərlik etdiyi qurumun müvafiq əməliyyat-istintaq tədbirləri gördüyünü açıqlayıb.