Bu il işə qəbul olan müəllimlərin sayı açıqlanıb

Bu il Azərbaycanda işə qəbul olan müəllimlərin sayı açıqlanıb.

Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

İl ərizndə ümumilikdə 12 154 vakansiya üzrə müsabiqə elan edilib.

Hazırki dövrə kimi 10000 nəfərə yaxın namizəd işlə təmin olunub. 3 794 nəfər müddətsiz, 5 866 namizəd isə müddətli əmək müqaviləsi əsasında işə qəbul olunub. İşə qəbul edilmiş müəllimlərin 51 faizi ucqar kənd məktəblərinin payına düşür. Namizədlərin işə qəbulu prosesi tədris ilinin sonunadək davam edəcək.