Milli Məclisdə komissiya yaradıldı

“Milli Məclisdə Dünya Azərbaycanlılarına müraciətlə əlaqədar redaksiya komissiyası yaradılıb”.
Oxu.Az bildirir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, komissiyanın sədri Fəzail İbrahimlidir.
“Komissiyaya ümumilikdə yeddi nəfər daxildir. Könül Nurullayeva, Elşən Musayev, Ceyhun Məmmədov, Afət Həsənova, Şahin Seyidzadə, Eldar Quliyev komissiya üzvləridir”, - deyə o əlavə edib.