Azad olunmuş ərazilərə internetin verilməsi ilə bağlı fəaliyyət planı... - AÇIQLAMA

“Azad olunmuş ərazilərdə internet məsələsi ilə bağlı artıq konkret fəaliyyət planı hazırlanıb”.
Oxu.Az-ın məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.
O bildirib ki, həmin fəaliyyət planı çərçivəsində bu ildən başlayaraq müəyyən uzlaşmalara baxılacaq:
“İşğaldan azad olunmuş ərazilərin bərpa planına uyğun olaraq rabitə infrastrukturu da bərpa olunacaq. “Ağıllı şəhər” layihələrinin özünün tələbləri var. Bu, yalnız internetin sürətindən asılı deyil. Fəaliyyət planı konsept şəkildə aparılacaq”.