Masazır sakinləri sahibsiz küçə heyvanlarından şikayətlənir – VİDEO


Abşeron rayonu, Masazır qəsəbəsi “Yeni Bakı” yaşayış kompleksinin sakinləri sahibsiz küçə itlərindən şikayətlənir.

Belə ki, sahibsiz küçə itləri sürü halında gəzib, insanları qorxudur.

“Dəfələrlə aidiyyəti qurumlara müraciət edirik, deyirlər biz o əraziyə baxmırıq. İnsanlar qorxularından çölə çıxa bilmir, uşaqlar üçün olan parka uşaqlarımızı buraxa bilmirik”, – deyə sakin bildirib.

Həmin görüntüləri təqdim edirik: