Nadirdən Manafın həbsinə MÜNASİBƏT - Kimə və nəyə etiraz edir?

Müğənni Nadir Qafarzadə həmkarı Manaf Ağayevin həbsinə münasibət bildirib.
"Sherg.az"ın məlumatına görə, N.Qafarzadə "İnstagram" səhifəsində M.Ağayevlə fotosunu paylaşıb.
 "Dəyərli dost, yaxşı sənətkar! Sən ürəksən!"-, deyə N.Qafarzadə vurğulayıb.
Qeyd edək ki, Müğənni Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər etdiklərinə görə cəzalandırılıblar. Onların barələrində protokollar tərtib edilib.
Protokollar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.