“Plastik və polietilen qablaşdırmaların istifadəsinin sağlamlıq və ekoloji   fəsadları” adlı layihənin icrası...

İqtisadi və Sosial Araşdırmalara Yardım   İctimai Birliyi  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə  dəstəyi ilə  turizm zonalarında  “Plastik və polietilen qablaşdırmaların istifadəsinin sağlamlıq və ekoloji   fəsadları” adlı layihənin icrasına  başlayır.  

Uzun müddətdir  alimlər plastik qab-qacaq, eləcə də polietilen torbaların insan sağlamlığına zərərləri ilə bağlı həyəcan təbili çalır. Araşdırmalar göstərir ki, hazırda hər cür plastik materiallardan qablar hazırlanır. Adətən qablar hazırlanarkən sanitar qaydalar və hazırlanma texnologiyası da ciddi şəkildə pozulur. Onların saxlanma şəraitinə və müddətinə baxılmır.. Bu da insanların sağlamlığına və ətraf mühitə ciddi fəsadlar yaradır. İstifadə qaydaları pozulmuş bu məhsulların təsiri dərhal hiss edilmir. Çünki onlar orqanizmə təsirini tədricən, yavaş-yavaş göstərir. İnsan orqanizmində bioloji mühitdə dəyişikliklər törədir, bədənin reaksiyası pozulur. Bu da insanlarda ürək-damar sistemində çatışmazlıqlar, tənəffüs sistemi, allergik və s. xəstəliklər, hətta bəzən xərçəngin yaranmasına səbəb olur. Uşaqların və qocaların orqanizmi zəif olduğundan onlara daha çox təsir edir.

Bu səbəbdən alimlər onların istifadəsini nəinki azaltmaq, tamamilə dayandırmaq lazım olduğu qənaətinə gəliblər. İnsanlar plastik qablara o qədər öyrəşib ki, çoxları onun fəsadları barədə düşünmür və ya bilmir.

Belə ki, rəsmi məlumatlara əsasən  ölkəmizdə hər il 800 milyondan çox plastik qab istifadə edilir bu da  16 milyon manatlıq bir dövriyyə təşkil edir. Bu həm sağlamlıq həm ekoloji fəsdlar yaradır. Problemin qloballığını və ciddiliyini nəzərə alraq hazırda ölkəmizdə də bu problem çox aktual olaraq qalır  Bu baxımdan ölkədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə  böyük ehtiyac var.

    İqtisadi və Sosial Araşdırmalara Yardım   İctimai Birliyi  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə  dəstəyi ilə  “Plastik və polietilen qablaşdırmaların istifadəsinin sağlamlıq və ekoloji fəsadları” adlı layihənin  cari ilin fevral-aprel aylarında  həyata keçirilməsinə start vermişdir.   Bu layihənin əsas ideyası turizm zonalarında plastik qabların və polietilen torbaların istifadəsinin insan sağlamlığına və ətraf mühitə mənfi təsirinin qarşısının alınması üçün maarifləndirici  təlimlərin  keçirilməsi vasitəsilə bu məhsullardan istifadənin məhdudlaşdırılmasını təşviq etməkdir.

Layihə çərçivəsində  Astara, Masallı, İsmayılllı və Qəbələ  rayonlarının  sakinlərinə  plastik və birdəfəlik qabların istifadəsinin ekoloji və sağlamlıq zərərləri haqqında məlumatların çatdırılması və maarifləndirici təlimlərin keçirilməsi nəzərdə tutulur . Təlimlər bu sahənin yüksək ixtisaslı mütəxəssisi tərəfindən keçiriləcək, iştirakçılara bukletlər paylanacaq və mövzu üzrə sosial çarx nümayiş etdiriləcək. Layihə haqqında  geniş məlumatları www.isay.az saytından izləmək olar.  Layihənin icrasından  ümumilikdə 1000 yaxın insanın zəruri məlumatlarnan təmin olunması və faydalanması gözlənilir.