Nahaq tökülən qan yerdə qalmaz!

XOCALI SOYGIRIMI - 30

Kaş amansız müharibələr, soygırımlar, katliyamlar olmayaydı. Saysız qədər itkidir, gözyaşlarıdır, vəhşilikdir, qəm, kədərdir. Şəhriyar babamızın təbirincə “ayrılıqdır”, “ölüm – itimdir”, neçə-neçə şəhər-kəndlərin viran edilməsi, xərabəyə çevrilməsi, kütləvi məzarlıqların yaranmasıdır. Dəyəri bu kəlmələrlə ölçülür irqindən, cinsindən asılı olmayaraq qəlbi rəhmli olan hər bir sülhsevər, xoşməramla yaşayan insanlar üçün.

Necə tərif edəsən, necə haq qazandırasan? Niyə və nədən haqq qazandırasan amansız ölümlərə, itikinliklərə, insanlığa heç yaraşmayan işgəncələrlə zəngin hər cür nahaq əməllərə? Gözyaşlarını durdurmaq əvəzinə qanlı gözyaşlarını axıtmaqla zövq alan bədxassəli varlıqlar günümzdə çoxalmaqda, artmaqdadır. Tarixin həqiqətlərindən dərs çıxarmadılar hayıf ki. Təəssüf ki, bütün bu olumsuz, mənfi halların qarşısını almaqda çətinlik çəkirik. Yetərsiz çarəsiz qalırıq. İnsanları və insanlıq aləmini xilas etməkdən çox vaxt gecikirik.

Hər zaman düşünürəm fəqət cavab tapa bilmirəm. Niyə müharibələr olmalıdır dünyada? Nədən vacib olmasını arzulayanlar, gərək olduğunu düşünənlər var bu cahanda? Gül açmaq əvəzinə güllələri açdırırıq, sağa-sola şığıdırık, bombaları səpirik başlarına sanki gül yağışı kimi. O da dəyir ürəklərə, qəlblərə, günahı olmayan Allahın əşrəfi - məxluqatı, ali xilqəti olan insanlarımıza. Anaların sinələrini dağlar qoyuruq, nahaqdan göz yaşlarına bais oluruq təəssüf ki. İnsan övladı olmaq bumu? Bir qütübdə mövqe alan İnsan oğlu nə işlərlə məşğuldur gör? Yaramaz işlərlə uğraşır əsrlərlə. Əlindən gələni yaxşılığa deyil, yamanlığa, pisliklərə yönəldir heyif ki.

Axır ki, 20-ci yüzilin vəhşiliyini göstərdilər içimizdə çiban kimi kök salan faşist qəlbli, firon ürəkli daşnak adlı örgüdün təmsilçiləri. Xain xislətli əli silahlı qüvvələrin, 366-cı moto atıcı polkun gücüylə “Xocalı qətliyamı” adında. Daddırdılar bizə bu acıları mənfur əməllərlə yaşayan “üzdəniraq” bir qonşumuz. Qonşu adı müqəddəsdir, şərəflidir. saf ünsiyyət, etibar, səmimiyyət, dar gündə yardımını əsirgəməmək, həm də haraya, imdada çatmaq deməkdir. Heyhat bu dəyərlərdən çox uzaq olan bir məmləkətin: Erməni adında əsl xislətdə isə Yer mənim” adında Daşnaq amallı, Asala düşüncəli bir millətin mənfur işğalçı gücləri Azərbaycan Türkü ilə səmimi qonşuluq münasibətlərindən çox- çox uzaqdır.

Kaş bu acı, türkürpədici həqiqətləri görməz, duymaz, eşitməz olaydıq. Fevralın 26-dan 27-nə keçən gecədə əliyalın, ayağı yalın, imdadsız, köməksiz, çarəsiz, ümidsiz qalmış 613 sivil insanımızı qırdılar tökdülər, qoca cavan, ana-bacı, qadın kişi demədən şilküt etdilər, suiqəst törətdilər ana Vətənim Qarabağda. Rəhmdən uzaq durub amansızlıqla, qəddarlıqla qətl etdilər, yeni bir soyqırım törətdib “arzularına çatdılar” 1992-ci ildə Xocalıda.

Abır həya etmədən nə Allahdan qorxdular, nə İlahi varlıqdan, nə də insanlıqdan utanıb çəkinmədən. Abırı, həyası, qəlbində rəhmi olan soyqırımı törədərdəmi heç? Qanına qəltən edərdimi heç?. Təəssüf ki, acı gerçəkdi bu dediklərimizi necə də “uğurlu əməliyatla” bir gecədə etməyi başardılar “məğrurcasına”, alçaqcasına, xaincəsinə. Dünyanın gözünə kül

üfürdülər, sanki əfsunladılar dünya xalqları adlı tamaşaçıların, izləyicilərin gözünü, sülhsevər isimli örpəklə məharətlə qapatdılar. Əməllərini üzərimizə atmağa, şər-böhtanı, iftiranı üstümüzə yıxmağa çox çalışdılar. Görməz etdilər acı həqiqəti. Törətdikləri əməllərini örtbasdır etməyə çox əlləşdilər. Fəqət bacara bilmədilər. Ən sonunda. gerçək həqiqətlər meydana çıxdı. Axır ki...

Neçə illər yalanı yürütdülər əsl həqiqətdən xəbərdar olmayan dünya xalqlarına. Həyasızcasına utanmadan özlərini haqlı bildilər bu nahaq dünyada. Fəqət bir həqiqəti anlamadılar ki, hərkəsi: məsum, sadəlövh insanları, aldatmaq olar, Uca tanrını yox. Qətiyyən yox!! Heç mümkün də deyil. Hər kəsin əksi var Haqqın güzgüsündə. Açıq-aydın görünür bütün əməlləri ilə bəni insan xilqəti. Mərhum şairimiz Rasim Kərimli bu məqamda düşüncələrini poetik misralarla ən gözəl şəkildə ifadə etmişdir. Ruhu şad olsun Vətən oğlumuzun:

Yeri ayrıcadır dünya üzündə,
Qəlbi xainin də, könlü düzün də.
Hərkəsin əksi var, elin gözündə,
Alçaqlar adını dandı, nə fayda?

Günəşin üzünü palçıqla yummaq mümkünmüdür, ey şeytandan törəyən iblislər? Qətliamı törədənə insan demək olarmı? Kəsinliklə demək olmaz. Çünki əclafdır, qatı xislətli quldurdur, başkəsəndir, yolkəsəndir, qaniçəndir çağdaş günümüzün siyasətçilərinin ixtira etdiyi, yeni adı “İŞİD” olan, daha neçə neçə örgütlər kimi.

Gücün yetməz Allahımın qüdrəti və haqq divanı qarşısında. Bil ki, nə etsən özünə etmiş olarsan atam Cəmil Əkbər dediyi kimi: “Yaxşılıq edərsən özünə qayıdar, pislik edərsən yenə də cavabını olduğu kimi alarsan, eyni ölçüdə, eyni dərəcədə, eyni çəkidə olan əks təsirli zərbə ilə”. Axırda öz pisliyin geci-tezi özünü axtarıb, harda gizlənsən tapıb sənə dəyər. Nakaut edib yerə sərər. Dağıdıb tarı-mar edib yerlə yeksan edər, öz bədəməllərinin toruna, dərin quyusuna düşərsən buna inan.

Bəs deyilmi bu dünyada min bir şeytanı oyunlardan çıxdınız? Sülsevər insanları məyus, yarandığına peşiman etdiniz? Nədən bu nahaq yolu tutub, qaranlıq cığırla getdiniz, zəvvarı oldunuz, sərvanı oldunuz bu şeytani, iblis səfərin yolçusu oldunuz?. Ürəklərə dərd, qəlblərə vərəm oldunuz. Fikirlərimizdə nifrət, kin yaratdınız özünüzə qarşı bəd xislətli əməllərinizin sayəsində. Billur sevən könüllərə ləkə oldunuz. Xain olub sənə aid olmmayan dədə baba tarixi torpaqlarımızı necə də iştahla zəbt edə bildiniz acgözcəsinə, şorgözcəsinə, haramcasına, qəddarcasına? Bə bilmədinizmi ki, “bu minbir nahaqqın qarşısını bir haq kəsəcək bir gün, bir andaca”!!. Haqq divanında dinərsiniz, cavab verərsiniz Allah dərgahında, Allah qatında, Allah məqamının ilahi məhkəməsində. Uca Rəbbimin qarşısında boynubükük zavallı görünərsiniz. Onda gec olacaq. Sonrakı peşimançılıq daha fayda verməz, verməz!

Dünyaya 100 ildir “soyqırım” kəlməsini başarılı bir şəkildə reklam edirsiniz hələ ki. Amma özünüz soyqırımdan, bəd xislətli məkrli planlarınızdan, mənfur işlərinizdən heç geri qalmadınız əsrlərcə. Öndəri oldunuz bu utancverici adı “şərəflə”, “ləyaqətlə” daşıdınız, fəqət ləkəli adı məharətlə öz üzərinizdən uğurla ata bilriniz ustaca, mahircəsinə, profesyonalca.

Çünki bu bəd əməlləri törətməkdə zəngin pratik təcrübəniz var. Yazıq görüntüsü alaraq vəhşilik siqlətinizi, xasiyətinizi batində gizli, pünhanca tutmağa çalışdınız.

Məscidlərə donuz bağlayan siz deyilmisiniz? Türk əsilli insanların gorunu eşən goreşən-sırtlan siz deyilmisiniz? Məzarlıqları tarmar edən, İrəvan torpaqlarında və Qarabağda şəhər, kənd qəbirstanlıqlarını, hətta ibadətimizi gerçəkləşdirdiyimiz çoxsayda müqəddəs məkanı dağıdıb, yox edib yer üzündən silən siz deyilmisiniz? Tərtər qəbristanlığında cənazə törəninə bombalar yağdırıb törən iştirakçılarını məhv edən, qəbirlərimizi gülləbaran edib başdaşlarını dağıdan, hər gün şəhidlərimizin sayını artıran siz deyilmisiniz 2020-ci ilin noyabr ayında?

Aktamar adasında erməni kilsəsini bərpa-restavrasiya edən, erməni ziyarətçilərinin ziyarətini gerçəkləşdirən Türkoğlu deyilmi? Sizlə bizim düşüncəmiz, fərqimiz bu əməlimizlə görünür. Bu xoşniyyətli gerçək həqiqətlərlə insani rəftar göstərən Türk oğlu sizdən yerdən göyə qədər fərqlənir. Daha gerisini anladımmı???

Anaların qarnını yartıb körpələrini işgəncəylə öldürməkdən, bir axıra yüzlərlə zavallını kilitləyib od vurub yandırmaqla, hər cür ağılasığmaz metodlarla işgəncələrə məruz qoymaqla “xoşbəxt oldunuz”. Həyalı görünən həyasızlar, abırlı görünən abırsızlar, əli Türk insanlarının qanı ilə “xınalanmış” qansızlar, imanlı görünən imansızlar, min sifətli, bayquş xislətli xəraba sevən nadürüstlər. Xarab etdiniz məmləkətimi, viran qoydunuz kənd-şəhərlərimizi talan etdiniz, olan-qalanımı, varını-yoxunu şülən çəkib Ermənistana daşıdınız 30 il sərasər gecə-gündüz, zənginləşdiniz bu talançılığınızla. Böyük Ermənistan qurmaq xülyası ilə, mənfur fikirlərlə silahlanıb işğalçılıq hərəkatını dahada genişləndirdiniz yüz illər ərzində. Qəlbiniz bütün bu avantürist əməllərinizlə, necə rahat oldu görəsən? İnsani qəlbiniz varmı azacıq da olsa ey daşnak əqidəlilər?

Əli yalın, fəqir, səqir insanların bir gecədə ətrafını mühasirəyə sarıb qətl etmək sizin məsləkiniz, tarixi peşənizdir. Məsləkinizə rişxəndlə, dırnaq arası deyirəm “Bərəkallah”. Hər zaman tətbiq edibsiniz, Ərzurumda, Qarsda, Qubada, Şamaxıda, Bakıda doymadınızmı? Daha haralarda. Daha yetər!!! Azacıq rəhmin vicdanın varsa Allahdan qorxun, bəndədən qorxun. Şeytan oğlunun varisləri. Babaları İblis olan quzğunlar, cəlladlar, qaniçənlər.

Ürəyimizə dağ basdınız. Mənəvi cəhətcə şikəst etdiniz, əlil etdiniz, şilküt etdiniz, tarımar etdiniz, viran etdiniz könül dünyamızı. Öldürdüyünüzü öldürdünüz, yetim qoydunuz neçə min məsum övladlarımızı. Ata anasız, tifilləşdirdiniz sayı minlərlə olan Vətənsevər balalarımızı, yeniyetmələrimizi, oğllarımızı, qızlarımızı.

Yoxsa bu dünyaya bu alçaq, şərəfsiz işləri görmək üçünmü şeytan dərgahından gəlmişsiziniz bu dünyamıza bir deyin? Sizə bu haqqı-hüququ kim verib?, Amerikadan diasporadanmı gəlib? Sizə sahib çıxan Fransadanmı gəlib bu əmir. Çağdaş günümüzün bu rəsmi fərmanı, bu göstəriş? Bilmirəm. Heç bilmək də istəmirəm.

Nə murdar fikriniz, məramınız var, bu aləmdə yaşayırsınız, bax beləcə mənfur xislətlə. Bəs deyilmi?? Daha yetər deyirəm.

Bəs deyilmi ey insanlar?
Töküldü qan, axdı qan,
Bəs deyilmi, ana torpaq?,
Su içdi göz yaşından.

misralarını poetik dillə izhar edib dünyaya hayqıran istedadlı şairimiz Novruz Gəncəliyə min rəhmət olsun deyirəm. Ruhun şad olsun ey Vətən oğlu.

Keçən ilin Ekim ayının 17-də qazi şəhərimiz Gaziantepin “Tarix-diyarşünaslıq muzeyi”ndə gördüyüm rəsmi bəlgələr və 100 il əvvəl çəkilmiş orijinal şəkillərdən sonra özüm üçün bir qaranlıq səhifəyə aydınlıq gətirdim ki, kəndi, şəhəri xərabəyə çevirməkdə Qarabağdakı vandalizmi törədənlərlə Fransız çeteləri çox yaxın əqrabadırlar. Məgər xəbərimiz yoxuymuş. Qaziantepdə Fransız işğalçı qüvvələri, Qarabağda isə erməni qəsbkarları dağıdıb talan etməkdə qan qohumu imişlər, sən demə. “Halal olsun” aralarından su keçməyən bu “təmənnasız”, “ülvi qohumulğa”, bu “dar günün səmimi dostluğuna”, “qardaşlığına”, “sirdaşlığına” heyrət etməkdəyəm. Bunları bir arada birləşdirən, bədniyyətdə qovuşduran mənfur amala, məfkurəyə nifrət etməkdəyəm.

44 günlük ölüm –qalım Vətən savaşında ATƏT-in Minsk qurupunun nümayəndələrndən biri də görünmədi ortalıqda. Səlahiyyət verilmiş doğru sözünü deyib obyektiv münasibətini bildirmədi təəssüf ki. 30 ildən artıqdır ki, fikirləri haqlı mücadiləmizə qarşı yönəldi. Bu ikili rəftarı xalqmız, dövlətimiz heç zaman unutmaz. Bu necə ATƏT-di bu necə qurumdur? İkili münasibətinə “sadiq qaldı” qohumu Qarbaçov kimi axıracan. İşğalçı ilə işğal olanı eyni çəkidə tutdu. Kor olsun o gözlər ki, döyənlə döyüləni bir tutur. Haqsızı haqsızla eyni statusda görür. Qəlbi xain, məkrli fikirlərlə silahlananların bəsirət gözləri də bu cür tərs görər: ağı qara kimi, qaranı da ağ kimi həmişə. Çünki qəlbində iman yox, nə də ki, ürəyində vicdan.

Haqlı vətən savaşımızda şəhid qanları ilə yuğrulan torpaqlarımızda ATƏT adlı qurumun, daha doğrusu mənfur işlərlə məşğul olan saxta, yalançı təşkilatının haqqa doğru qədəmi atılmadı. Çünki bu qurum nahaq yaranmışdı. Xalqımız üçün bir oyun, tuzak qurğusu idi. Bu yalançı qurumu öncədən düşünüb yüz yol ölçüb biçən, tərtib edən qüvvələr, dövlətlər var imiş sən demə. Bu səbəblədə barış, istiqrar məramı ilə ana Vətənimiz Azərbaycanımızda görünmədi, Tülkü kimi pısıxdı, çaqqal kimi sindi meymun kimi minüzlülər. Nə də ki, uzaqlardan haqqı deyəbilən səs-səmirləri gəldi? Deyə də bilməz. Çünkü Haqdan uzaqlaşanların haqq söz söyləməyə, olan həqiqətləri deməyə nə gücləri çatar, nə qüdrəti, nə cəsarətləri, nə də kişiliyi. Çünki mərd deyillər, namərdilər, südü zay, əsli zatı ta qədimdən bəri xarabdır. Cəmil Əkbər bu məqamda çox gözəl deydiyi hikmətli kəlam Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin də çox xoşuna gəlmişdi bir zaman:

Namərd yüyürsədə hey, çata bilməz,
Mərd asta getsədə hey, yavaş-yavaş.

Peyğəmbər əfəndimizi karikaturaya çəkənlərdən, bu rəsmi çəkməyə təşviq edənlərdən heç rəhm imdad, kömək, yaxşılıq gözləmək olarmı? Gözləmə ey Türkoğlu, ey “bir millət iki dövlətin insanları”.

Əgər bacarırsan könül sevindir, qəlb ovundur, sınıq könülləri al. Məhəbbət qazan insanların nəzərində, qəlbində, könül dünyasında. Görüm qazanabilərsənmi? Qazanabilməzsən əsla. Çünki fitrətin murdardır, bataqlıq kimi üfunətlididir, lilli çamır kimi qoxuyur. Ürəkləri bulandırır yüz illərdir mənfur məramın.

Yoxsa əqrəb kimi sancmaqdan, ilan kimi çalmaqdan vaz keçəbilmirsən. Bu özün üçün xoşuna gələn vərdişindən əsla vaz keçmək niyyətin heç yoxdur. Hər il 24 Nisan (aprel) gəlmədən öncə hazırlıq yapırsan. Yabançı dövlətlərə soyqırım tanıtmağa çalışırsan, qardaş Türkiyəmizi hörmətdən salmağa, minbir fırıldaqla adını beddam etməyə çalışırsan dünya miqyasında. Bu amalla, bu xislətlə yaşayırsan gecə-gündüz. Bu mənfur məqsədinlə fəaliyyətini sürdürüsən qərinələrlərlə, illərlə, aylarla, hətta günlərlə. Hər anını bu məramla dəyərləndirirsən dünya çapında Daşnak, Asala adlı faşist məramlı diasporanızla birlikdə. Yeni-yeni alçaq planlar üzərində çox ciddi çalışıb fəaliyyət göstərməkdəsən: “Necə edim ki, soyqırımı bütün dünya dövlətləri tanısın?”. 100 ildir kor tutduğunu buraxmayan kimi mənfur əqidəndən vaz keçmirsən, qəddar əməlindən geri dönmürsən. Dönmək belə xəyalından keçmir.

Heç unutmaq olarmı 30 Türk diplomatını acımasız qətl etdin ey daşnaklar! Günahsız fəqir bəndələrimizi yox edib yer üzündən sildiniz, ey avantüristlər. Silə silə, sinə-sinə, oğrun-oğrun gedirsiniz Tülkü kimi. Hara kimi? Nə vaxtacan bu səfərin yolçusu olacaqsan? Bəs deyilmi?? Bir dursana. Ay ...

Getdiyin murdar yol qəzaya dönsün, uğurlu səfərin görüm uğursuz nəticələnsin İnş Allah. Arzuna heç çata bilməyəsən. Amin.

Xislətinin timsalı olan bəd-naqis əməllərin onsuzda hər zaman, hər an Allahın dəftərində dəqiq yazılmaqdadır. Sirat körpüsündən keçərkən hesab verəcəksən. Ağlamaq, sızlamaq, zarıyıb inildəmək, ahuzar etmək, imdad diləmək işə yaramayacaq. Bu həqiqəti anla daha!!!

Bil ki, göz oyanın gözü töküləcək bir zaman. Günahsız zavallını ağladanın özü ağlar günə qalacaq İnş Allah.

Mən birini dedim minlərlə qətliyamlar torpağmda bitirdin. Gül-çiçək bitirmək əvəzinə. Gör nələri tikdin könül diyarımızda. Ar olsun sizi kimi “məxluqata”. Məxluqat demək olarmı vəhşiliklərə? Bütün bunların bir adı var: vəhşət, fironluq.

Nəciblik, insanlıq harda qaldı faşist görünümlü qaniçən baş kəsən cəlladlar? Bir gün məşhər günü sizə də haq divan qurular. Onda görüm nə cavab verəcəksiniz Allahı sevən bəndələr önündə. Dilin dodağın, boğazın quruyacaq cavab verməkdə acız qalıb gözünü döyəcəksən, maddım-maddım.

Odlar diyarı adlı Azərbaycanımızın Qarabağ bölgəsinin toprağını tank adlı traktorla şumlayıb, yabançı xalqlara məxsus çeşitli bombalarla, adresi bəlli olmayan şirkətlərin istehsalı olan müxtəlif minalarla gübrələyib, modern silahlarla şəhit etdin minlərlə məsum, əliyalın Azərbaycan övladlarımızı. Zavallılarımızın, günahsızlarımızın cəsədləri ilə “münbitləşdirmisən” torpağımı. Neçə-neçə kütləvi məzarlar inşa etmisən ana Vətənim

Azərbaycanla yanaşı hətta qardaş Türkiyəmin torpağının alt təbəqəsində belə. Kütləvi məzarlıqların müəllifi, qurucusu, ixtiracısı Daşnaq, Asala adlı örgütün yaradıcılarıdır ay dünya xalqları bunu anlayın, görməzdən, duymazdan gəlməyin. Axı gözünüz görür, qulağınız eşidir. Nədən gözünüzü yumub, qulaqlarınızı tıxayırsınız? Memarıma bax, inşaatçıma bax. Toplu məzarların memarı olub memarlıq, inşaatcılıq sənətinin şərəfli adına xələl gətirib ləkələdiniz bəd əməllərinizlə, qorxunc xidmətlərinizlə. Rişxəndlə deyirəm “Maşallah” bu “şücaətinə”, “cəsarətinə”, “qəhrəmanlığına”.

Naqis məramının xeyrini görməyəsən! Neçəmin zavallılarımız, yerə gömdüyün mina adlı “gübrələrlə” şəhid oldu öz doğma el - obasında, yurd - yuvasında, həyət - bacasında, bağ-bağçasında, ocağında.

Çaylarımızın suyunu kəsdin əjdaha kimi. Yezid kimi su vermədin xalqıma. 30 il izin vermədin ki, təbiət bağ-bağçalar, əkin-biçinlər və insanlqlarımız dirçəlib cana gəlsin. Cana gəldi sizin nəs xislətli mənfur alçaq əməllərinizdən zavallı xalqım, illərlə haqq səsi ilə dünyaya hayqıran məğrur Türk xalqım.

Xocalı faciəsini törətməklə tarixə utanmadan, qızarmadan, ar etmədən “şərəfli möhrünüzü” vurdunuz şərəfsizlər, əclaflar. Bu dünyada neçəki sizi kimi qaniçənlər olacaq Xocalı soyqırımı kimi neçə-neçə yeni qətliyamların sayı daha da artacaq. Mənfur arzunuz gözünüzdə qalsın.

Nəhayət anla ki, bir gün gələcək Xocalı qanı sizi batıracaq, viran edəcək, yox edəcək, yerlə yeksan edəcək buna əmin ola bilərsən. Boğulacaqsınız “Xacalı qətliamı”nın dəryaya dönmüş günahsızca axıdılmış şəhid qanlarının tusinamisində.

Yek kəlmə ilə özətləmiş olsaq Azərbaycan adlı məmləkətimdə gerçəkləşdirilmiş “Xocalı soyqırımı” Erməni daşnaklarının, Asala örgütünün Erməni tarixindəki şahəsərlər statusunda yer alır. Oxuyucuları isə Türksoylu xalqlar olub ən yaxın dönəmdə dəyərləndirib, əməlinin layiqli qiymətini doğru-dürüst verecektir, bu “əsərə” - “Xocalı soyqırımı”na. Bunu zaman göstərər. Dünya xalqlarına haqqımızı, olan-bitəni əsil həqiqətləri anlatmağa çox mətləblərimiz var hələ. Zamana ehtiyacımız var, hələ ki...

Bir onu bilirəm ki, Azərbaycanda bir zamanlar erməni daşnakları tərəfindən törədilən qətliyamlardan, qırğınlardan qurtaran şəxsin adı Nuru Paşa idi. 44 günlük Vətən savaşında da Azərbaycanımıza arxa durub dəstək verməsiylə dünya dövlətlərinə “Dünya beşdən böyükdür” deyən, gerçək haqq-ədalət sözlərini açıq-aşkar dünya çapında elan edən qüdrətli şəxsin adı Rəcəb Tayyib Ərdoğandır. Şükürlər olsun ki, “Bir millət-iki dövlətin” birliyi, tarixi qardaşlığı sayəsində 30 illik işğala, əsarətə son qoyaraq, qələbə zəfərimizi əldə etmiş olduq. Təbrik edirəm Türkiyə Azərbaycan dostluğunu. Azərbaycan bağımsızlığını ilk tanıyan Türk dövlətini.

İlqar Cəmiloğlu İmamverdiyev,
Sənətşünaslıq elmləri doktoru,
Qaziantep Universiteti, Türk Musiqisi Dövlət Konservatoriyasının professoru.