“Bakı Dövlət Universitetinin magistratura pilləsinə bərpa olunmuşam”.
Bunu “Sherg.az”a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.
O qeyd edib ki, müasir Boloniya sistemində istənilən an təhsilə davam etmək mümkündür:
«Abel Məhərrəmovun qanunsuz qərarına əsasən universitetdən kənarlaşdırılmışdım. Artıq təhsilimi başa vurmağıma az qalmışdı diplom işini yazmağa hazırlaşırdım. Sadəcə olaraq, həmin dönəmdə siyasi konyuktura görə əsassız şəkildə magistratura pilləsindən kənarlaşdırılmışdım”.
Qeyd edək ki, T.Abbaslı BDU-nun Jurnalistika fakültəsinin magistratura üzrə ikinci kurs tələbəsidir.