Jurnalist Ekspert Mərkəzi” ( JEM ) İctimai "Birliyinin sədri, “Rupor.az” saytının baş redaktoru, tanınmış jurnalist Ceyhun Musaoğlu Feysbuk hesabında paylaşım edib.
"Sherg.az"ın məlumatına görə, C.Musaoğlu qardaşının həyətinin bir küncündən verdiyi 15 kvadrat metrlik ərazidə JEM-ə ofis tikir:
"Ustası var, fəhləsi özüməm. JEM-in fəaliyyətini gücləndirmək qərarı vermişik. İcarə ofislər bahadır, mən də balıq bürcündənəm. Mane ilə üzləşən kimi sivişib üzməyə yer axtarıram.
İnşallah bu günə qədər ofisə yönəltdiyimiz xərclərə bundan sonra qənaət etmiş olacağıq, cüzi də olsa o məbləği cəmiyyətin inkişafına sərf etməyə cəhd göstərəcəyik. Hər kəsin həm yaşamaq, həm də işləmək üçün öz damı olmalıdır".