Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV ( Kütləvi İnformasiya Vasitələri ) və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Feysbukda paylaşım edib.
"Sherg.az"ın məlumatına görə, o insanları dezinformasiyalara inanmamağa səsləyib.
Qurum rəsmisi qarşılaşdığı dələduzluq cəhdini istifadəçilərlə bölüşüb:
"Özünü bank rəhbəri kimi təqdim edən şəxs +229 96 90 47 35 "WhatsApp" üzərindən mənimlə yazışır. Kredit təklif edir. Nömrə saxtadır. Yazı ifadəsindən aydın duyulur ki, tərcümə ilə yazır. Şəxsi məlumatları istəyir".