Azərbaycanda təcili tibbi yardım avtomobili qəzaya düşüb, xəsarət alan var

Samux rayonunda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Zazalı ərazisində qeydə alınıb.
Hadisə nəticəsində sürücü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Qəzanın təfərrüatları araşdırılır.