Bakıda körpə qızı ilə dilənçilik edən qadın saxlanılıb - VİDEO

Nəsimi rayonunda himayəsində olan 2021-ci il təvəllüdlü körpə qızı ilə dilənçilik edən qadın saxlanılıb. Yevlax rayon sakini olan N.Abdullayeva Nəsimi Rayon Polis İdarəsinə dəvət edilib. 
Bu barədə Daxili İşlər Nazirliyi məluma yayıb.
Araşdırma zamanı körpənin faktiki olaraq həyat və sağlamlığı üçün ciddi təhlükə yarandığı, eləcə də baxımsız vəziyyətdə olduğu müəyyən edilib.
Uşaq müvafiq dövlət qurumlarının iştirakı ilə körpələr evinə yerləşdirilib. 
Araşdırma zamanı bundan əvvəl də N.Abdullayevanın himayəsində olan daha iki azyaşlı uşağını baxımsız vəziyyətdə qoyduğu, onların həyat və sağlamlıqlarını təhlükə altına atdığı, həmçinin dilənçiliyə sövq etdiyi üçün həmin uşaqların da ondan alınaraq dövlət himayəsinə verildiyi müəyyən edilib. 
N.Abdullayeva barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.