MN-dən partlayış səsləri ilə bağlı açıqlama:“Narahatlığa heç bir əsas yoxdur”

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, döyüş sursatlarının utilizasiya prosesi martın 28-dən aprelin 2-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək. 

“Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq”, - deyə məlumatda bildirilir.