Fərruxda qazıntılar zamanı daha bir neçə azərbaycanlının meyitinin qalıqları tapıldı - FOTO

Xocalı rayonunun Fərrux kəndi ərazisində bir neçə insan meyitinin qalıqları aşkarlanıb.

Oxu.Az-ın məlumatına görə, kənd ətrafında ayrı-ayrılıqda üç yerdə aparılmış qazıntılar zamanı birinci Qarabağ müharibəsi zamanı qətlə yetirildiyi ehtimal olunan daha bir neçə azərbaycanlının qalıqları aşkar edilib.
Qeyd edək ki, dünən də qazıntı işləri zamanı insan qalıqları aşkarlanmışdı.