Bazarda problem: Azərbaycana gətirilən avtomobil təkərləri Rusiya ilə sərhəddə qaldı 

Rusiyada avtomobil təkərlərinin qiymətləri son bir ay ərzində təxminən 10-30 % artıb. Rusiyada istehsalı dayandıran xarici markaların təkərləri isə nəzərəçarpacaq dərəcədə bahalaşmaqdadır. Rublun məzənnəsindəki dalğalanmalardan sonra hər gün qiymətlər dəyişir.

Təbii ki, bu proses Azərbaycana da təsirsiz ötüşmür.

Ölkəmizdə fəaliyyət göstərən təkər şirkətlərindən birinin rəhbəri olan Sahib Feyzullayev “Report”a Rusiya-Ukrayna münaqişəsinin başlanmasından sonra yerli bazarda yaşanan problemlərdən danışıb.

O bildirir ki, logistika problemləri qiymətlərin iki dəfəyə yaxın artmasına səbəb olub:

“Müştərilər də azalıb. Gələn müştərilər də nağd pul əvəzinə kredit kartı ilə ticarətə üstünlük verirlər. Hazırda aldığımız məhsulların böyük bir qismi Rusiya-Azərbaycan sərhədində qalıb. Konkret olaraq bizim sifariş verdiyimiz dörd TIR mal sərhəddədir. Bir TIR-da təxminən 30-50 min manatlıq mal var”.

S.Feyzullayev Yaponiyanın “Yokohama” şirkətinin Rusiyadan çıxmasını da əsas problemlərdən hesab edir:

“Vəziyyət belə davam etsə, biz malları Yaponiyadan sifariş verməli olacağıq. Bu isə çox əlverişsizdir. İlk növbədə malların ölkəmizə çatdırılmasına uzun müddət tələb olunacaq: təxminən altı-yeddi ay”.

İş adamı deyir ki, əvvəl 85 manata satdığı təkəri indi 95-97 manata satır. Bu qiymət artımının davam edəcəyini də istisna etmir:

“Yolunu gözlədiyimiz mallar gələndən sonra növbəti qiymət artımı olacaq. Çünki logistika xərcləri olduqca yüksəlib”.

Başqa bir şirkət rəhbəri Süleyman Qəribov hesab edir ki, Rusiyadan alınan təkərlər əsasən sovet maşınları üçündür: