Rəşad Nəbiyev Gürcüstana rəsmi səfər edəcək

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev aprelin 4-də Gürcüstana rəsmi səfər edəcək.
“Report”un yerli bürosu xəbər verir ki, nazir Gürcüstanda bir sıra ikitərəfli görüşlər keçirəcək.
Görüşlərdə Azərbaycan və Gürcüstan arasında rabitə, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.