Göyçayda təmizlik aksiyası keçirilib


Göyçayda Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə "Təmiz Göyçay" layihəsi çərçivəsində Qarabaqqal kəndində yerləşən dağətəyi ərazidə təmizlik aksiyası keçirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzindən  verilən məlumata görə, layihənin keçirilməsində məqsəd dağlıq ərazilərdə təmizliyə riayət olunmasını təbliğ etmək, təbiətin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və gəncləri ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.

Məlumatda qeyd olunub ki, aksiyada gənclər həvəslə iştirak ediblər. Onlar ərazini məişət tullantılarından, əsasən də polietilen paketlərlədən tamamilə təmizləyiblər.