Ramazanın 3-cü gününün duası - İmsak və iftar vaxtı

Sabah müqəddəs Ramazan ayının üçüncü günüdür.

 QMİ-nin açıqladığı Ramazan təqviminə əsasən, sabah üçün imsak vaxtı saat 04:53, iftar vaxtı isə 19:22-ə təyin olunub.

İmsak duası:

“Ya Rəbbim indi nə qədər sahura qalxan mömin varsa onların niyyətini qəbul et. Qalxmayanlara da niyyət nəsib et Rəbbim”

İftar duası:

“İlahi, bu ayda mənə güclü ağıl və ayıq-sayıqlıq ver. Pis şeylərdən və qafillikdən uzaq et. Ey səxavətlilərin səxavətlisi, öz səxavətin xatirinə bu ayda nazil etdiyin hər xeyirdən mənim də nəsibimi ver”.