Bakıdakı dəhşətli partlayışda tanınmış müğənni də yaralanıb


Aprelin 3-də Bakıda “Location” adlı gecə klubunda baş verən dəhşətli partlayışda müğənni Nicat Məhərrəmov da xəsarət alıb.


Bu barədə o, özünün “Instagram” hesabında məlumat yayıb.

“Bu, sadəcə bir kabus idi. İnsanların çarəsizliyi, o partlayışın səsi, ümumilikdə yaşanan bu faciə heç bir zaman gözümdən və ağlımdan getməyəcək. Bütün yaralı olan dostlarıma Allahdan şəfa diləyirəm. Məni yığıb soruşan, axtaran, arxamca xəstəxanaya gəlib, yanımda olan doğmalarıma, dostlarıma, əzizlərimə təşəkkür edirəm. Allah sizi sevdiklərinizə bağışlasın”.

Qeyd edək ki, hadisə nəticəsində bir nəfər həyatını itirib, çox sayda insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə də ziyan dəyib.