Kombilər ləğv olunur? - VİDEO

Fərdi istilik sistemlərinin mərkəzləşdirilmiş istilik sistemləri ilə əvəzlənməsi hədəflənir. Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün bu təşəbbüsün irəli sürüldüyü qeyd olunub.

Məlumdur ki, mərkəzləşdirilmiş istilik sistemləri daha çox ötən əsrdə tikilən binalarda istifadə olunur. Bu zaman ortaya bir sual çıxır. Nə üçün tikintini həyata keçirən şəxslər elə əvvəldən mərkəzləşdirilmiş istilik sisteminin yaradılmasında maraqlı deyil? 

Əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, mərkəzləşdirilmiş istilik sistemləri ilə bağlı təsərrüfatın özü problemli olduğu üçün çoxmənzilli binaların inşası ilə məşğul olan sahibkarlar da bunda maraqlı olmayıb.

Azəristilik ASC-nin ötənilki məlumatına görə, yeni tikilən binalardan mərkəzləşdirilmiş istilik sistemi təchizatı üçün heç bir müraciət daxil olmayıb. Bəs bu il necə? 

Qurumdan bildirilib ki, rəhbərlik ezamiyyətdə olduğundan razılaşdırmadan açıqlama verə biməzlər.