Sosial xidmət göstərilən uşaqların sayı açıqlanıb

“İndiyədək 76 sağlamlıq imkanı məhdud uşaqlara sosial xidmətlər göstərilib və onların evlərinə baş çəkilib”.

“Report“ xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev deyib.

O bildirib ki, xidmət göstərilməsi üçün valideyn icazəsi olmalıdır: “Hazırda 27 uşaqla bağlı qiymətləndirmə yekunlaşıb ki, onlar da yaxın zamanlarda reabilitasiya cəlb olunacaq. Bu vaxta kimi 23 uşağın reabilitasiyası isə yekunlaşıb”.