İraq və Suriyadan 365 azərbaycanlı vətənə gətirilib

“İraq və Suriyadan 2018-ci ildən indiyədək 365 azərbaycanlı ölkəmizə gətirilib”.

“Report” xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev deyib.

O bildirib ki, onlardan 345-i uşaq, 20-si isə qadındır: “Mart ayının sonunda isə 7 nəfər repatriasiya olunub”.