Britaniya Azərbaycana narkotik aşkarlama cihazları ianə edib 

Böyük Britaniya Azərbaycana narkotik aşkarlama cihazı və konteynerlərdə axtarış alətləri ianə edib.
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter” səhifəsində yazıb.
“Britaniya və Azərbaycan beynəlxalq sərhədlərin möhkəmləndirilməsi və narkotik ticarəti problemi ilə birgə mübarizə aparmaq məqsədilə əməkdaşlıq edirlər”, - diplomat vurğulayıb.