May ayının 26-da "Sherg.az"da "Qaradağdakı karvansara baxımsız vəziyyətdədir! – REAKSİYA: “Bağışlanılmaz səhvdir” " başlıqlı məqalə dərc olunub. Bu gün Qaradağ rayon İcra Hakimiyyətindən məsələyə münasibət bildirib.
Deyilib ki, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi ərazisində yerləşən Karvansara Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında olan tarixi abidədir:
"Onun qorunması və bərpası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin səlahiyyətləri daxilindədir. Vurğulanan məsələ ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə müraciət ünvanlanıb".
Xatırladaq ki, rayon ərazisində yerləşən karvansara Şirvanşahlar dövrünə aiddir.
Eni 5, uzunluğu 15 metrdir. İçərisində bir otaq var. Eyni zamanda, divarlarda heyvanları bağlamaq üçün yerlər mövcuddur. Karvansara divarlarının hiss olması orada uzun müddət qonaq olanların qalmasından xəbər verir. Hazırda tikili məhv olmaq üzrədir.
"Global Photo Stock"un əməkdaşı Qaradağ rayonunda yerləşən karvansaranın son vəziyyətinin fotosunu çəkmişdi.