Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi orta məktəblərdə keçiriləcək “Son zəng” tədbirləri ilə bağlı valideynlərə xəbərdarlıq edib. İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli"Report"un sorğusuna cavab olaraq bildirib ki,Yol polisi olaraq qeyd etmək istəyirik ki, ötən illərdə də müxtəlif formalarda xoşagəlməz hadisələr baş verib.
Belə ki, həmin gün valideynlər övladlarına avtomobillərini həvalə edirlər, bu da sonda bədbəxt hadisənin yaranmasına səbəb olur. Bir daha valideynlərə xəbərdarlıq edirik ki, avtomobilləri idarəetmə hüququ olmayan şəxslərə verməsinlər. Bu, həm inzibati xətadır, həm də ictimai asayiş pozulur.DYP rəsmisi qeyd edib ki,Son Zəng tədbirləri ilə əlaqədər olaraq bütün təhsil müəssisələrinin ətrafında gücləndirilmiş qaydada xidməti fəaliyyət davam etdiriləcək.Bu məsələnin valideyin səhlənkarlığndan yoxsa müəllimlərin diqqətsizliyindən ortaya çıxdığı sualı sosial mediada dolanır.
Polisin gördüyü təhlükəsizlik tədbirlərinin vacibliyini qeyd edən sosioloq-alim Əhməd Qəşəmoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, görülən tədbirlər şagirdlər arasında gərginliyin artmasına şərait yaratmamalıdır:
"Şagirdlərin avtoxuliqanlıq etmələri, aqressiv olmalarının əsas səbəbi cəmiyyətdə və ailələrdə yaranan problemlərdən irəli gəlir. Lakin burada biz nə ailəni, nə müəllimləri, nə də digərlərini yüz faiz günahlandıra bilmərik. Bu kimi tətbirlərdə bədbəxt hadisələrin yaşanmaması üçün yeni üsullar tapmalıyıq. Əlbəttə, polis nəzarəti və qaydaların olması yaxşıdır. Amma bəzən polis işçiləri sərt davranır və bu qaydaların həyata keçməsi mexanizmi uğursuz olur. Əlimizdən tədbirin qəzasız keçməsini diləməkdən və şagirdləri ehtiyatlı olmağa səsləməkdən başqa bir şey gəlmir."