Bakının mərkəzində keçidi su basdı - YENİLƏNİB + VİDEO

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Qış parkı”nda yeraltı keçidin su basması ilə bağlı açıqlama verib. 
ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, ərazidə quruma məxsus su və kanalizasiya xətlərində heç bir problem yoxdur:
“Keçidə dolan su qrunt sularını kənarlaşdıran qəza ilə bağlıdır. Parkın əməkdaşları özləri təmir işləri aparırlar”.

09:24

Bakı şəhərinin mərkəzində keçidi su basıb.
Oxu.Az-ın məlumatına görə, hadisə “Qış parkı”nda qeydə alınıb. 
Ərazidə yerləşən yeraltı keçidi su basıb. 
Eyni zamanda, keçidin üstündə də gölməçələr yaranıb.