Ağ Evin aparat rəhbəri: Tramp alkoqolik xarakterinə malik şəxsdir

Ağ Evin aparat rəhbəri Syuzan Uayls ABŞ Prezidenti Donald Trampı “alkoqolik xarakterinə malik” şəxs kimi təsvir edib.

Teleqraf xəbər verir ki, bu barədə Uayls "Vanity Fair" jurnalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Tramp hərəkətlərini hər şeyi edə biləcəyi inancı üzərində qurur.

Qeyd edək ki, daha əvvəl Donald Tramp səhhəti ilə bağlı yayılan şayiələri təkzib edərək, özünü əla fiziki və psixi vəziyyətdə hiss etdiyini açıqlamışdı.