Kamran Əliyev sabiq prokurora vəzifə verdi

Salyan rayonunun keçmiş prokuroru Firdovsi Nemətliyə yeni vəzifə verilib.
“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, F.Nemətli Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru vəzifəsinə təyinat alıb.