Co Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Azərbaycanda səfərdədir

ABŞ Prezidenti Co Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycanda səfərdədir.
APA xəbər verir ki, bu barədə ABŞ səfirliyinin məlumatında bildirilib.

Con Podestanın səfəri COP29-un konfransqabağı görüşlərində iştirak etmək və kritik iqlim məsələlərində Azərbaycanla ABŞ əməkdaşlığını gücləndirmək məqsədi daşıyır.