Zelenski əsir düşsə, yaxud ölsə... – Harrisin tələbi

ABŞ-ın vitse-prezidenti Kamala Harris Vladimir Zelenskini 2022-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransı zamanı varislik planı hazırlamağa çağırmışdı.

Axar.az xəbər verir ki, bu barədə amerikalı jurnalist Bob Vudvordun “Müharibə” adlı kitabında qeyd olunub.

“Harris Zelenskidən əsir düşəcəyi və ya öldürüləcəyindən sonra sabitliyin təmin olunması üçün varislik planı hazırlamasını tələb etmişdi”, - Vudvord bildirib.