Azərbaycanda meymunçiçəyi virusuna qarşı vaksinasiya nəzərdə tutulur? - Nazir AÇIQLADI

“Meymunçiçəyi virusuna qarşı heç bir vaksinasiya nəzərdə tutulmur”.
“Report” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
“Bu da Ümumdünya Səhiyyə Təşkilatının strategiyasından irəli gəlir. Yəni hazırda heç bir peyvəndə ehtiyac duyulmur”, - o əlavə edib.