Azərbaycan qanunvericiliyindən “lal-kar, kor” və “şikəst” sözləri çıxarılıb.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Mülki Məcəllə və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.
Belə ki, dəyişikliyə əsasən “bədən qüsuruna” sözləri “fiziki çatışmazlıq”, “lal-kar və kor” sözləri “nitq-eşitmə və görmə qabiliyyəti tam məhdud olan”, “kor” sözü “görmə qabiliyyəti tam məhdud”, “şikəstetmə və ya səhhəti sair şəkildə zədələmə” sözləri “xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması”, “qüsurları” sözü “pozuntuları”, “kəmağıllıq” sözü “əqli gerilik”, “şikəstlik” sözü “xəsarət”, “şikəst olan” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz olunub.