Media nümayəndələri üçün COP29 ərəfəsində seminar keçirilib -FOTO
13:11 06.11.2024
COP29
599
Bu gün İqtisadiyyat Nazirliyi, Nazirlik yanında Dövlət Vergi Xidməti (DVX) və Media İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün seminar təşkil olunub.
“Sherg.az” xəbər verir ki, seminarın məqsədi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öncəsi jurnalistlərin bu sahədə biliklərinin artırılması, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə Yol Xəritəsi çərçivəsində ekoloji fiskal alətlərin tətbiqi ilə bağlı məlumatlılığın genişləndirilməsidir.
“Yaşıl iqlim maliyyəsi və karbon qiymətqoyma siyasəti” mövzusunda keçirilən seminarda İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov və DVX-nin Vergi siyasəti baş idarəsinin rəis müavini Oqtay Yaqubov təqdimatlarla çıxış ediblər. Tədbirdə mövzular ətrafında müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Ayaz Əliyev və DVX-nin rəis müavini Samirə Musayevanın iştirak etdiyi seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu husilərə qarşı müharibəyə hazır olduğunu bəyan etdi
16:07 11.09.2026
Aktual
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya